Konfrans iştirakçıları Ağdamda səfərdədirlər 

13:39 21.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Bakı Beynəlxalq Konfransının iştirakçılarının işğaldan azad edilmiş Ağdam rayonuna səfəri başlayıb.

Azərtac-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də tarixi və mədəni abidələri dağıtması və məhv etməsi barədə faktlarla yerində tanış olurlar.